Cəmiyyət

İcra Hakimiyyətinin qarşısında gənc oğlanı avtomobil vurub

18 İyun 2018 08:48
1 Şərh     Baxış: 2 284
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ağır bədən xəsarətləri alıb.

Milli.Az report.az-a istinadən bildirir ki, qəza Bakıxanov qəsəbəsində baş verib.

Abbasqulu Ağa Bakıxanov küçəsində Sabunçu Rayon İcra Hakimiyyətinin qarşısından piyada keçidi ilə yolun digər tərəfinə keçmək istəyən 1994-cü il təvəllüdlü Mustafayev Ruslan Oqtay oğlunu "Kia" markalı avtomobil vurub.

Yaralı ağır bədən xəsarətləri alaraq təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.