Cəmiyyət

Ərzaq mağazası yanıb

17 İyun 2018 22:29
0 Şərh     Baxış: 729
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zaqatalada ərzaq mağazasında yanğın olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu gün axşam saat 21:20 radələrində rayonun Çobankol kəndində, kənd sakini Dinar İsa qızı Mustafayevaya məxsus, ümumi sahəsi 56 kv/m olan ərzaq mağazasında yanğın olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində mağazanın içərisində olan soyuducu və 7 kv/m-lik sahədə taxta vitrin yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.