Cəmiyyət

Sərnişinlə dolu avtobusla "zapravka"ya girdi - Sürücünü ağır cəza gözləyir - VİDEO

17 İyun 2018 22:56
1 Şərh     Baxış: 3 721
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İçərisi sərnişinlə dolu avtobus yanacaqdoldurma məntəqəsinə daxil olaraq yanacaq vurdurub. Bununla da sərnişinlərin həyatını təhlükəyə atıb.

Milli.Az bildirir ki, hadisə Bakıda fəaliyyət göstərən marşrut avtobuslarından birində baş verib. Görüntüdən aydın olur ki, sürücü özünün və sərnişinlərin həyatını təhlükəyə ataraq yanacaqdoldurma məntəqəsinə daxil olub. Verilən məlumata görə, hətta sərnişinlər sürücünün bu addımına etiraz etsələr də o, buna məhəl qoymayıb. Görünən odur ki, hələ də belə qayda pozan sürücülər var.

Bəs bu sürücünü hansı cəza gözləyir?

"Yol hərəkəti haqqında" qanuna görə, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması qadağandır. Belə halda yol polisi sürücünü 3 cərimə balı və 60 manat miqdarında cərimə edə bilər. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Sərnişinlə dolu avtobusla

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.