Cəmiyyət

Restoranlara toy etmək üçün müraciətlər çoxalıb - VİDEO

17 İyun 2018 22:20
2 Şərh     Baxış: 1 907
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ramazan ayının bitməsi ilə toy mövsümü canlanıb.

Milli.Az bildirir ki, restoranlara toy etmək üçün müraciət edənlərin sayı çoxalıb.

Paytaxtda fəaliyyət göstərən şadlıq saraylarının menecerləri deyir ki, Ramazan ayı boyunca sifarişlər qəbul ediblər. Hətta Bayram günündən toylar başlayıb və bu ay boyunca hər gün saraylarda toylar var. Boş gün tapmaq isə çətindir.

Şadlıq sarayı işlədənlər deyir ki, qiymətlərdə heç bir dəyişiklik edilməyib. Minimum menyu 30 manatdan başlayır.

Adminstratorların sözlərinə görə, menyuda da heç bir dəyişiklik yoxdur.

Artıq avqust-sentyabr ayları üçün də şadlıq saraylarında bütün günlər doludur. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Restoranlara toy etmək üçün müraciətlər çoxalıb

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.