Cəmiyyət

Azərbaycanda doğulan qızların sayı azalsa da, qadınların sayı kişiləri üstələyir

14 İyun 2018 22:13
1 Şərh     Baxış: 1 731
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son illər ərzində Azərbaycanda doğulan qızların sayı oğlan uşaqlarının sayından az olsa da, ümumilikdə ölkə üzrə cins nisbətində qadınların sayı kişiləri üstələyir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bioloji normaya əsasən, hər 100 doğulan qıza 105-107 oğlan düşməlidir. Lakin hazırda Azərbaycanda yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,9 faiz təşkil edərək hər 100 doğulan qıza 113 oğlan düşür.

2015-ci ildə Azərbaycanda bu göstərici 117, 2016 və 2017-ci illərdə 114 olub.

Ölkədə hər 1000 nəfər kişiyə 2016-ci ildə 1007, 2017-cı ildə 1006 qadın düşüb. Bu ilin əvvəlinə olan məlumata görə, ölkədə hər 1000 nəfər kişiyə düşən qadınların sayı 1004, bu il iyunun 1-ə olan məlumata görə isə 1005 qadın düşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.