Cəmiyyət

İrandan Azərbaycana gətirilən 13 kq narkotik ələ keçirildi - VİDEO

14 İyun 2018 21:17
1 Şərh     Baxış: 498

İrandan Azərbaycana külli miqdarda narkotik maddə gətirən şəxslər saxlanılıb. Saxlanılan üç nəfər 12 kiloqramdan çox müxtəlif növ narkotik maddəni satarkən tutulublar.

Qaçaq yolla gətirdikləri narkotik maddəni satarkən saxlanılıblar.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Masallı polisiməlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayon sakini,Famil Talıbov, Masallı rayon sakinləri Çingiz İbadov və Həsrət Xəlilov saxlanılıb.

Onların əlindəki çantaya baxış zamanı ümumilikdə 12 kiloqram 250 qram tiryək və 385 qram heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri İrandan qaçaq yolla Azərbaycana satmaq məqsədi ilə gətirdiklərini bildiriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
İrandan Azərbaycana gətirilən 13 kq narkotik ələ keçirildi

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Tovuzlu E · 14 İyun 21:3300

    irandan yaxsi sey gelmez ki

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.