Cəmiyyət

Azərbaycanda uşaqlara bu adlar verilə bilər: İlbaşı, İqlimə, İnfil, İfrat...

14 İyun 2018 20:14
14 Şərh     Baxış: 1 520
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda yeni doğulan körpələrə qoyulmasına icazə verilən daha bir qisim maraqlı adlar açıqlanıb.

Milli.Az Report-a istinadən bildirir ki, adlar siyahısında İbniamin, İfaq, İgidəli, İqamət, İqdam, İkahəddin, İlarslan, İlbaşı kimi kişi, İfaqət, İfayə, İffətli, İfrat, İqlimə, İlafət kimi qadın adları yer alıb.

Valideynlər övladlarına İldar, İldəniz, İlgiz, İlgün, İlkinər, İlig, İlnamə, İlzər, İmad, İmamir kimi kişi, İlfirə, İlkün, İmmi, İnab, İnsanət, İrangül kimi qadın adları da qoya bilərlər.

Adlar siyahısında İmar, İmrə, İmrən, İmriz, İmruz, İnad, İnal, İnalşad, İnar, İnfil, İnşad, İrad, İşxan, İstəm, İstəmi kimi kişi, İsparə, İsmira, İşarə, İşvəkar kimi qadın adları da qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.