Cəmiyyət

Diaspor gənclərinin I Yay düşərgəsi təşkil edilir

14 İyun 2018 18:47
0 Şərh     Baxış: 528
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi və Gənclər Fondu AXC-nin 100 illiyi münasibətilə xaricdə yaşayan gənc diaspor nümayəndələri üçün diaspor gənclərinin I Yay düşərgəsi təşkil edir.

Komitədən Milli.Az-a verilən məlumata görə, 15-20 avqust 2018-ci il tarixdə təşkil ediləcək düşərgənin məqsədi dünyada yaşayan Azərbaycan əsilli gəncləri bir araya gətirərək diaspor hərakatını gücləndirməkdir.

Düşərgədə qrup müzakirələri, Azərbaycanın tarixi yerlərinə və mədəniyyət ocaqlarına səfərlər, rəsmi və tanınmış şəxslərlə görüşlər, əyləncəli-maarifləndirici proqramlar nəzərdə tutulub. Yay düşərgəsi ödənişsizdir.

Düşərgədə iştirak etmək istəyənlər http://www.diaspora.gov.az/qeydiyyat/ linki vasitəsi ilə məlumatı əldə edə və qeydiyyatdan keçə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.