Cəmiyyət

“Ölümə səbəb olur” - Son zəng həyatın sonu olmasın - VİDEO - FOTO

14 İyun 2018 13:26
0 Şərh     Baxış: 3 511
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Artıq neçə illərdir ki, "Son zəng" tədbirləri məktəb daxilində keçirilir. Bununla kifayətlənməyən bəzi məzunlar, xüsusilə oğlanlar "Son zəng" gününə daha da maraq qatmaq üçün müxtəlif vasitələrə əl atırlar. Məsələn, istər icazəli olsun, istərsə də icazəsiz valideynlərinin avtomobilini götürüb yüksək sürətlə idarə edirlər. Bəzən bu maşınların çoxluğu toy karvanını xatırladır.

Milli.Az bildirir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə doğru" verilişində maraqlı süjet yayımlanıb.

Sakin: "Öz sürdüyümdən yox, onların sürdüklərindən qorxuram. Axırda ölümə səbəb olur".

Övladlarına bu əlamətdar gündə xüsusi jest edən valideynlər sürücülük hüququ olmadığı halda uşağına öz maşınını həvalə edir. Uşaq da necə deyərlər fürsətdən istifadə edib sükan arxasında əsl "məharətini" göstərir.

Emil Vəliyev (DYPB-nin inspektoru): "Sürücülük hüququ olmayan vətəndaşlar həmin nəqliyyat vasitələrinin sahibləri haqda, eləcə də digər ciddi qayda pozuntularına yol vermiş sürücülər barədə inzibati tədbirlər görüləcəkdir".

Digər bir məsələ məktəbdə keçirilən "Son zəng" tədbirindən sonra məzunların kütləvi şəkildə uzaq yerlərə gəzintiyə çıxması və yaxud başqa yerlərdə özləri üçün məclis təşkil etmələridir.

Qeyd edək ki, DYP əməkdaşları məzun günüdə gücləndirilmiş iş rejimində çalışmaqla və bu kimi neqativ halların baş verməməsi üçün yoxlamalar aparacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Ölümə səbəb olur" - Son zəng həyatın sonu olmasın

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.