Cəmiyyət

Ekspertdən sürücülərə İKİ VACİB TÖVSİYƏ: əgər maşınınızı...

15 İyun 2018 03:30
0 Şərh     Baxış: 1 891
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son vaxtlar avtomobillərdən oğurluq halları ilə bağlı tez-tez məlumatlar yayılır.

Milli.Az xəbər verir ki, "DİGESTA" hüquq firmasının direktoru, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov belə oğrulardan qorunmaq üçün sürücülərə iki çox sadə tövsiyə verib. Onun sözlərinə görə əsas şərt avtomobildə saxlanan əşyalar və onun saxlandığı yerdir.

"Birinci növbədə avtomobilinizdə potensial oğrunun diqqətini çəkən heç nə saxlamayın. Oğurluğa meyilli adam bunu etməzdən əvvəl avtomobilə mütləq baxır. Ələ keçirilərək asan satıla və ya istifadə oluna biləcək dəyərli bir şey görsə, oğurluq etməyə çalışacaq. Ona görə də avtomobilinizdə çanta, diplomat, portfel və qiymətli görünə bilən və ya içərisində pul və ya qiymətli nəsə olması ehtimal edilən qutular, bağlamalar saxlamayın. Ən təhlükəlisi qadınların və ya kişilərin əl çantasıdır.

İkinci vacib məqam isə avtomobilinizi imkan daxilində həmişə adam olan, yaxşı görünən, kameralarla nəzarət edilən, gecə vaxtı isə işıqlanan yerlərdə saxlayıb gedin. Təcrübə göstərir ki, kimsəsiz və nəzarətsiz yerdəki avtomobildə heç nə olmasa da, bəzən oğrular ona müdaxilə edib sadəcə axtarış edirlər.

Nəzərə alın ki, avtomobilinizə oğurluq məqsədilə müdaxilə sadəcə konkret pulunuzun, sənədinizin və ya başqa əşyanızın itməsi ilə nəticələnməyəcək. Bunu edən oğru həm də avtomobilə ziyan vuracaq. Adətən şüşələri sındırırlar, qapını zorla açaraq yararsız edirlər və s. Nəticədə bəzən avtomobilə dəyən zərər oğurlanan əşyaların dəyərindən 10 qat artıq olur". (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.