Cəmiyyət

Bakıda olan bu qeyri-adi avtomobil görənlərin marağına səbəb olur - VİDEO

13 İyun 2018 22:04
0 Şərh     Baxış: 8 132
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda olan bu qeyri-adi avtomobil görənlərin marağına səbəb olur. 1964-cü ilin istehsalı olan ZAZ 965 avtomobilini Elvin Babayevə iki il əvvəl dostunun atası hədiyyə edib.Sonradan Elvin Babayev avtomobilin istismarı bitmiş detallarını dəyişdirərək yeniləri ilə əvəz edib.

0.7 litr mühərrik həcmi olan atomobil 30 at gücündədir. Avtomobilin maksimal sürəti isə saatda 90 km-dir. Bir zamanlar İtaliya küçələrininən populyar avtomobili olan 54 illik ZAZ 965 maşını bir sıra texniki xüsusiyyətlərinə görə də müasir avtomobillərdən seçilir.

Avtomobil sahibinin sözlərinə görə,hətta bahalı maşın sürənlər də bu avtomobilə həsəd aparırlar.MAşın görənlər isə onun yanıda şəkil çəkdirmədən getmirlər. Qeyd edək ki,yalnız 1960-1969 cu illərdə istehsal olunan "ZAZ" avtomobilin 965 modelindən hazırda çox az sayda qalıb. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
54 ilin maşını

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.