Cəmiyyət

Gürcüstan parlamentinin azərbaycanlı deputatına qarşı zorakılıq ittihamı irəli sürülüb

13 İyun 2018 21:25
1 Şərh     Baxış: 1 430
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan parlamentinin azərbaycanlı deputatı, müxalif Vahid Milli Hərəkat partiyasının üzvü Azər Süleymanova qarşı zorakılıq ittihamı irəli sürülüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə A. Süleymanov Rustavi prokurorluğunda dörd saatdan çox davam etmiş dindirilmə və ittihamın irəli sürülməsi prosedurundan sonra bildirib.

O, ittihamla razılaşmayaraq, onun siyasi xarakter daşıdığını deyib: "Bu, Baş Prokurorluğun Vahid Milli Hərəkat partiyasına qarşı növbəti siyasi oyunudur. Mənim Marneulidəki insidentdə heç bir günahım yoxdur".

Marneulidə baş vermiş insidentin qurbanı yerli sakin Elçin Allahverdiyevin vəkili Yekaterina Midodaşvili bildirib ki, müdafiə etdiyi şəxs ifadəsində A. Süleymanovu onu fiziki təhqirə məruz qoyduğunu, Marneulinin icra başçısı Temur Abazovun isə ona qarşı seksual xarakterli zorakılıqla hədə-qorxu gəldiyini deyib.

Qeyd edək ki, bu gün Marneuli rayonunun icra başçısı T. Abazov E. Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı hərəkətinə görə saxlanılıb. Faktla bağlı istintaqa A. Süleymanov da cəlb olunub. Deputatın toxunulmazlığı onu saxlanma və həbsdən müdafiə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.