Cəmiyyət

YENİLİK: Sürücülər cərimələri "MilliÖN"də ödəyə biləcəklər

13 İyun 2018 08:48
0 Şərh     Baxış: 1 545
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"MilliÖN" terminallarında yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin ödənilməsi mümkün olacaq.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə həmin terminalların quraşdırılması və servisi ilə məşğul olan "Komtec" şirkətindən bildiriblər.

Qeyd olunub ki, inteqrasiya üzrə işlər "AsanPay" sistemi üzərindən aparılır:

"MilliÖN" terminallarında yol hərəkəti qaydalarının pozulması ilə bağlı cərimələrin ödənilməsi yaxın günlərdə mümkün olacaq".

Gələcəkdə ödəmə terminalları vasitəsilə vergi və gömrük rüsumlarının ödənilməsi də nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.