Cəmiyyət

Başına qaya parçası düşüb

13 İyun 2018 07:55
0 Şərh     Baxış: 2 386
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yardımlı rayonunda bədbəxt hadisə zamanı yaşlı kişi ağır xəsarət alıb.

Milli.Az report.az-a istinadən bildirir ki, 1965-ci il təvəllüdlü Abdinov Vətən Abdul oğlu güclü yağış zamanı Yuxarı Astanlı kəndində qayalıq ərazidən keçərkən başına kiçik daş parçası düşüb.

Nəticədə o, ağır kəllə-beyin travması alıb. Yaralı rayon xəstəxanasına yerləşdirilib. Lakin onun halı pisləşib. Yaxınları yaralını 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə təhvil verib. Həkimlər bildirir ki, artıq onun vəziyyəti sabitdir.

Fakt araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.