Cəmiyyət

Azərbaycanın hərbi təyinatlı məhsulları ən yüksək standartlara cavab verir - Çentin Senh

12 İyun 2018 23:28
0 Şərh     Baxış: 455

Bu mötəbər sərgidə Hindistanın ən böyük hərbi şirkətlərindən birini təmsil edirəm. Azərbaycanın hərbi təyinatlı məhsulları, xüsusilə də silahları gördüm. Nümayiş olunan hərbi təyinatlı məhsullarla bağlı ətraflı məlumat verildi. Azərbaycanın hərbi təyinatlı məhsulları ən yüksək standartlara cavab verir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri "EUROSATORY-2018" Beynəlxalq müdafiə və təhlükəsizlik sərgisinin Hindistandan olan iştirakçısı Çentin Senh deyib.

"Biz adətən postsovet ölkələrinin ordusunda bu cür müasir silahları görməyə öyrəşməmişik. Azərbaycan qısa müddətdə öz hərbi sənayesini yarada bilib və yüksək səviyyəli müasir silahlar istehsal edir. Bizim şirkət Azərbaycanda istehsal olunan hərbi təyinatlı avtomobillərə maraq göstərir", - deyə Ç.Senh vurğulayıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.