Cəmiyyət

Azərbaycan məktəblərində beynəlxalq proqramının pilot mərhələsi keçirilir

12 İyun 2018 21:47
1 Şərh     Baxış: 808
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təhsil İnstitutu tərəfindən TİMSS 2019 (Trends in International Mathematics and Science Study) - riyaziyyat və təbiət elmləri üzrə beynəlxalq qiymətləndirmə proqramının pilot mərhələsinin keçirilməsinə başlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, tədqiqatın pilot mərhələsində 7-si paytaxt, 18-i region məktəbləri olmaqla, ümumilikdə 25 məktəb üzrə 32 sinfin IV sinif şagirdlərinin iştirakı nəzərdə tutulub.

Nazirlikdən əlavə edilib ki, 2017-ci ildə elan olunan beynəlxalq PIRLS qiymətləndirməsinin nəticələrinə görə, azərbaycanlı şagirdlərin 2016-cı ildə oxu bacarıqları 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 10 bal artaraq 462 baldan 472 bala yüksəlib. "PIRLS 2011" tədqiqatının nəticələri ilə müqayisədə son 5 ildə "mükəmməl" və "yüksək" səviyyəyə uyğun nəticə göstərmiş ibtidai sinif şagirdlərinin sayı 2 dəfə artıb. "Aşağı" səviyyəyə uyğun nəticə göstərmiş şagirdlərin faizi isə 10 faiz azalaraq 37-dən 27-ə enib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.