Cəmiyyət

Bağçalara qəbul edilən müəllimlər testdən keçirilsin - VİDEO

12 İyun 2018 21:14
1 Şərh     Baxış: 1 097

Bağçalara qəbul edilən müəllimlər testdən keçirilsin. Orta məktəblərə şagird qəbulu zamanı yaxın ərazidə yaşayanlara üstünlük veriləcək. Bununla yanaşışəxsi istehlak üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyatına görə rüsum alınacaq. Bütün bu fikirlər parlamentin növbədənkənarplenar iclasındasəsləndirilib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, paytaxtın Yasamal rayonundakıözəl baxçada baş verənlər bu gün MilliMəclisin gündəmindəydi.Parlamentdə Təhsil Haqqında qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Fazil Mustafa bir sıra təkliflə çıxışedib.

O da bildirilib ki, orta məktəblərə şagirdlərin qəbulu zamanı ərazi prinsipi nəzərə alınacaq. İlk növbədə məktəbin yerləşdiyi ərazidə yaşayan şagirdlər qəbul olunacaqlar. Bundan əlavə beynəlxalq olimpiadaların qalibi olmuş şagirdlər istənilən ixtisas üzrə, yerli olimpiadaların qalibləri isə müvafiq ixtisas üzrə müsabiqədənkənar ali məktəblərə qəbul ediləcəklər.

Millət vəkili Siyavuş Novruzov isədövlət proqramı əsasında xaricdə təhsil alıb və oradaişləyənlərlə müqavilə bağlamağın tərəfdarı olduğunu bildirib.

Bununla yanaşı şəxsi istehlak üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu tətbiq olunması nəzərdə tutulur..

Müzakirələrdən sonra qanunlara təklif edilən dəyişikilklər səsə qoyularaq qəbul edilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bağçalara qəbul edilən müəllimlər testdən keçirilsin

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Angel · 12 İyun 21:4800

    Tanidigim bir gelin var bagcaya iwe duzelir cooox aqressiv qizdi oz dogdu uwaga qarwi kobud reftar edir yeni uwaga sevgi yoxdu o nece terbiyyeci olacaq ?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.