Cəmiyyət

Bakını bir-birinə qatan “Camaro” sürücüsü həbs edildi - VİDEO

12 İyun 2018 21:09
1 Şərh     Baxış: 1 234

Bakıda yol polisinə tabe olmayan sürücü saxlanılıb. Söhbət bir neçə gün əvvəl gecə saatlarında minik avtomobili ilə yol polisinin saxla əmrinə məhəl qoymayaraq, hətta polis avtomobilini əzib qaçan sürücüdən gedir. Həmin sürücü saxlanılaraq məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib. Bundan başqa, qaradağ və nərimanov rayonları ərazisində avtoxuliqanlıq edən şəxslər də saxlanılıb.

Süni tıxac yaradılaraq saxlanılsa da, polisə tabe olmur.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, görüntülər bir neçə gün əvvəl paytaxtın Yasamal rayonunda qeydə alınıb.

Bir neçə qayda pozuntusuna yol verən minik avtomobilinin sürücüsünə yol polisi dəfələrlə saxla işarəsi versə də, o, maşını saxlamayıb. Tbilisi prospektində süni tıxac yaradılaraq saxlanılsa da, polis maşınını vuraraq hadisə yerindən qaçıb. Bu zaman onun təqib edilməsi dayandırılıb. Kameralar vasitəsilə təqib edilərək Xırdalan qəsəbəsində yaşadığı ünvanda aşkarlanıb. Lakin burada da avtomobildən düşərək qaçıb.

Çox çəkməyib ki, sürücü Hümbətov Elçin Məcnun oğlu saxlanılıb. Onun barəsində Yasamal rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 30 gün həbs cəzası verilib.Həmçinin bir il müddətinəsürücülük hüququndan məhrum edilib. Dindirmə zamanı Elçin Hümbətov bildirib ki, hadisəni bilərəkdən törətməyib.

Digər bir avtoxuliqanlıq edərək polisə tabe olmayan sürücü isə Qaradağ rayonu ərazisində saxlanılıb. Xəyal Salmanov Bakı-Qazax yolunda təhlükəli manevrlər etdiyi üçün polis tərəfindən saxlanılıb. Onun barəsində isə məhkəmənin qərarı ilə 15 gün müddətdə həbs qərarı verilib.

Kamal Hüseynovu isə yol polisi Nərimanov rayon Ziya Bünyadov prospektində eyni əmələ görə saxlayıb. Saxlanılan sürücü yol polisinə əvvəlcə tabe olmayıb, daha sonra isə onlara müqavimət göstərdiyi üçün o, da məhkəmənin qərarı ilə 15 gün azadlıqdan məhrum olunub.

Bölmə rəisi Vaqif Əsədov bildirdi ki, bu cür kobud qayda pozuntusuna yol verən sürücülərə qarşı reydlər mütəmadi olaraq aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakını bir-birinə qatan "Camaro" sürücüsü həbs edildi

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Roma · 14 İyun 10:3500

    Burda kamal huseynova atilmis bohtandi,avtoxuliqanliqla hec bir elaqesi yoxdu

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.