Cəmiyyət

Bakı Metropoliteni qalmaqallı görüntülərə aydınlıq gətirdi - FOTO

12 İyun 2018 20:44
0 Şərh     Baxış: 2 821

"Bakı Metropoliteni" QSC bu gün sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olan fotoşəkillərlə bağlı açıqlama verib.

Milli.Az bildirir ki, qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə, metronun "Nəriman Nərimanov" stansiyasındakı görüntü təmas xəttindən cərəyan ayrıldıqdan sonra lentə alınıb:
 
"Addım" gənclər təşkilatının müraciəti və "Bakı Metropoliteni" QSC-nin rəhbərliyinin rəsmi icazəsi əsasında "Gənclik" və "Nəriman Nərimanov" stansiyalarında "Qaynana" filminin çəkilişləri aparılıb. Fotokadrlar həmin çəkiliş qrupunun üzvlərindən birinindir. Çəkiliş gecə saatlarında təmas relsindən gərginlik çıxarıldıqdan sonra aparılıb. Çəkiliş qrupunun üzvləri hər hansı bir təhlükə ilə üz-üzə olmayıb. Çəkiliş normal şəraitdə başa çatıb".
Qeyd edək ki, fotolar çəkiliş qrupunun Arzu Əhmədova adlı üzvü tərəfindən paylaşılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.