Cəmiyyət

"Af Hotel Aqua Park Complex" yay mövsümünü açdı

12 İyun 2018 19:46
Baxış: 2 346
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yay mövsümü yaxınlaşdıqca istirahət etmək üçün planlar qurur, iş günlərinin yorğunluqlarını çıxarmaq üçün addımlar düşünürük. Artıq Azərbaycanda bir sıra yay kurortlarında yay mövsümünün açılışları edilməkdədir.

Həftəsonu istirahət məkanları arasında çimərlik və Aqua Parklar xüsusi yer tutur. Uzun illərdir xarici turistlərə, eləcə də Bakı, Sumqayıt, Abşeron və ölkəmizin digər şəhər sakinlərinə keyfiyyətlə xidmət göstərən Novxanı "Af Hotel Aqua Park Complex"in 2018-ci il yay mövsümünün təntənəli açılış mərasimi keçirilib.

İyunun 9-da Muz TV-nin təşkilatı dəstəyi ilə baş tutan gecədə çoxsayılı qonaqlar - Dövlət Turizm Agentliyinin əməkdaşları, ölkənin qabaqcıl otel, restoran və turizm şirkətlərinin nümayəndələri, sənət admları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Tədbirdə hotelin meneceri Sevinc Rəşidova hər kəsi salamlayaraq mövsümün aılışını elan edib. Bütün sakinləri, istirahətinə diqqət ayıranları "Af Hotel Aqua Park Complex"inə dəvət edərək otelin direktoru Azər Aliyevin rəhbərliyi altında bu mövsümdə bir sıra yeniliklərin olacağını qeyd edib.

O, "AF Holding" rəhbərliyinə təşəkkür edərək şirkətin cari ildə öz müştərilərinə və istirahət həvəskarlarına yeni müjdəsinin olduğunu söyləyib. O, "AF Holding" tərəfindən Bakının ən gözəl yerlərindən birində 400 otaqlı yeni otelin inşasına start verildiyini qonaqların diqqətinə çatdırıb.

Əlavə edib ki, hotelin inşasının cari ilin noyabr ayına qədər tamamlanacağı nəzərdə tutulub. Mərasimdə çıxış edən Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə qeyd edib ki, Azərbaycanda iqtisadiyyatın ən gəlirli sahələrindən olan turizmin inkişafı son illərdə diqqət mərkəzindədir və bu sahədə böyük uğurlar əldə edilib.

Turizmin inkişafı üçün lazım olan bütün infrastruktur yaradılıb. Ölkə başçısı İlham Əliyevin yürütdüyü siyasət, nəticəsində artıq Azərbaycan dünyanın cəlbedici turizm ölkələrindən birinə çevrilib. Qurum rəsmisi "Af Hoteldə"ki servis və xidmətlə barədə xoş sözlər deyib və onun fəaliyyətində uğurlar arzu edib. Gecədə iştirak edən müğənnilər Sevinc Musayeva, Dilarə Kazımova, Fərid Quliyev, Şəbnəm Qəhrəmanova , "Aysel" rəqs qrupu və digərləri öz ifaları ilə mərasimə şənlik qatıblar.

Xatırladaq ki, 20 ildən artıq fəaliyyət göstərən, eyni zamanda 1500 qonağı qəbul edə biləcək Qafqazın ən böyük "Aqua Park"larından birinə sahib olan 4 ulduz "Af Hotel Aqua Park Complex"ə əsasən Rusiyadan, Gürcüstandan, Birləşmiş Ərəb Əmirlikləri və İrandan xeyli sayda turist gəlir.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.