Cəmiyyət

Uşaqlarla bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edildi

12 İyun 2018 18:25
0 Şərh     Baxış: 1 210
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında "Uşaqların zərərli informasiyadan qorunması haqqında" yeni hazırlanmış qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, yeni qanun layihəsi haqqında məlumat verən Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, Prezidentin imzası ilə daxil olan qanun layihəsi 5 fəsil, 19 maddədən ibarətdir.

A.Naxçıvanlı qeyd edib ki, bu qanun layihəsi Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq uşaqların onlar üçün zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.