Cəmiyyət

35 yaşdan sonra doğan qadınların uşaqlarında bu xəstəliklərin riski yüksəkdir

12 İyun 2018 22:25
0 Şərh     Baxış: 1 589

Alberta Universiteti (Kanada) alimləri araşdırma zamanı aşkar ediblər ki, 35 yaşdan sonra doğan qadınların uşaqlarında ürək və damar xəstəliklərinin riksi artmış olur.

Alimlər qeyd edir ki, bu yaşda doğan qadınlarda hamiləlik və doğuş bir çox hallarda ağırlaşmalarla keçir, uşaqlar az çəki ilə və vaxtından tez doğulur. Bütün bunlar isə uşaqlarda bəzi xəstəliklərin və o cümlədən ürək-damar sistemi xəstəliklərinin riskini artırır.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, digər tərəfdən, alimlərin müşahidələrinə görə, bu yaşda ana olan qadınlar analığın nə olduğunu daha yaxşı anlayır, uşaqları daha düzgün tərbiyə edir, uşaqların oxumağına, savad almağına daha çox  önəm verir. 

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.