Cəmiyyət

Allahın günahkar bəndələrinə olan məhəbbəti

14 İyun 2018 23:55
1 Şərh     Baxış: 1 561

İnsan gərək heç zaman Uca Allahın qarşısında olduğunu unutmasın. Rəhmətlik İmam (r) bu barədə buyurur: "Bilin ki, sizin diliniz, sizin qəlbiniz, sizin gözünüz, sizin qulağınız Allahın hüzurundadır. Aləm - Allahın dərgahıdır. Allahın dərgahında Allahın günahını etməyin. Allahın dərgahında batil və fani şeylər üçün bir-birinizlə dava etməyin. Allah üçün iş görün. Allah üçün irəli gedin!".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Allah Təalanın rizvanına çatmağın yolları ilə tanış olaq. İmam Muhəmməd Təqi (ə) buyurur: "Üç şey Allah Təalanın rizvanına çatmağa səbəb olar:

1. Günah və xatalara görə çoxlu istiğfar etmək və peşmançılıq göstərmək.

2. Təvazö əhli olmaq.

3. Sədəqə vermək və çoxlu xeyir işlər yerinə yetirmək".

Allaha itaət etmək - insanın hər iki dünyada izzətli olmasına səbəb olur.

Həzrət Peyğəmbər (s) buyurur: "Sizin Allahınız hər gün buyurar: "Mən - əziz və dəyərliyəm. Hər kim iki dünyanın izzətini istəyirsə, gərək Əziz Allaha itaət etsin"".

Amma Allah Təala xəta edən bəndələrini cəzalandırmır, onlara fürsət verir. Allah Təala Qüdsi hədisdə ondan üz döndərənlərə xitab edərək, buyurur: "O kəslər ki, Mənə arxa çeviriblər - əgər bilsəydilər ki, Mən nə qədər onları görməyin intizarını çəkirəm, nə qədər onların tövbəsinin və qayıtmaqlarının müştaqındayam - hər an Mənə qarşı olan şövqdən can verərdilər. Bədənlərində olan bəndləri mənə olan eşqdən bir-birindən ayrılardı".

Ey kaş! Bu eşqin dəyərini dərk etməyi bacaraydıq!

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    ziya · 15 İyun 02:5602

    burada qeyd olunanlar, din xadimləri və məmurlarda aşar daşar, məsələn: 1. Günah və xatalara görə çoxlu istiğfar etmək və peşmançılıq göstərmək. 2. Təvazö əhli olmaq. 3. Sədəqə vermək və çoxlu xeyir işlər yerinə yetirmək". Axırıncı o sədəqə vermək məsələsi var eee o sədəqəni mollalara, məcsidlərə və sair yerlərə vermək mütləqdir ki, yazıqlar evlərini, güzaranlarını yaxşılaşdırsınlar, sədəqənin başqa forması isə məmurlara verilən rüşvətdir ki, bunsuz onlar necə yaşayarlar bizə isə bu mahnını oxumaq lazımdır Məhəbbətin qüdrətini mən belə bilməmişdim ana, mən belə bilməmişdim ana, mən belə bilməmişdim ana, mən belə bilməmişdim ana, mən belə bilməmişdim ana,

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.