Cəmiyyət

Azərbaycan əraziləri "Google"da erməni dilində - VİDEO

11 İyun 2018 23:54
1 Şərh     Baxış: 2 486
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tarixi Azərbaycan rayonlarının adları elektron xəritədə Azərbaycan dili ilə yanaşı, erməni dilində göstərilir. Milli.Az bildirir ki, bu qanunsuzluğa "Google maps"-də yol verilib. Adıçəkilən elektron xəritədə işğal altında olan Dağlıq Qarabağ ərazisi və ətraf rayonların adları həm Azərbaycan, həm də erməni dilində yazılıb. Üstəlik, bu təxribatçı addım artıq bir neçə dəfədir ki təkrarlanır.

Məsələdən Xarici İşlər Nazirliyi də xəbərdardır. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Haciyev deyir ki, bununla bağlı dəfələrlə "Google" şirkətinin mərkəzi ofisinə müraciətlər gondərilib və rəsmi diplomatik kanallarla birgə məsələ şirkət qarşısında qaldırılıb. Şirkətdən verilən cavab isə ondan ibarət olub ki, "google maps" istifadəçilərin fərdi yaradıcılığı prinsipi əsasında fəaliyyət göstərir. Hikmət Haciyev deyir ki, bu halda vətəndaşlar fəal şəkildə bu kimi neqativ halların qarşısını almaq üçün öz səylərini əsirgəməməlidirlər.

Hikmət Haciyev deyir ki, Azərbaycan tərəfi siyasi müstəvidə məsələ ilə bağlı BMT-nin kartoqrafiya komitəsinə də müraciət edib.

Hikmət Haciyev məsələ ilə bağlı diaspora təşkilatları ilə birlikdə adların dəyişdirilməsi istiqamətində tədbirlərin görüldüyünü bildirib. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycan əraziləri

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.