Cəmiyyət

Tikinti narazılığa səbəb oldu - VİDEO

11 İyun 2018 22:38
0 Şərh     Baxış: 783

Müəssisəyə bitişik ərazi hasara alınıb vətikinti işlərinə başlanılıb. Tikinti işlərinin müəssisə ilə ara məsafəsi saxlanılmadan aparılması narazılığa səbəb olub.

Milli.Az bildirir ki, söhbət Paytaxtın Sabunçu rayonu, Əliyar Əliyev küçəsində yerləşən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin tabeliyindəolan ''3 Nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi''nə bitişik ərazidən gedir. Müəssisənin əməkdaşı Pirverdi Qədirovun sözlərinə görə, hasara alınan ərazimüəssisənin sanitar zonası sayılır və burada həm də iki fövqəladə hal çıxışı var. Burada tikinti işlərinin aparılması həmin çıxışları da bağlayır.

Pirverdi Qədirov iddia edir ki, burada tikinti işlərini aparan şəxslər hər hansı bir sənəd də təqdim etməyiblər.

Məsələ ilə bağlı əvvəlcə tikinti işlərini aparan şəxslərlə əlaqə saxlamağa çalışdıq. Ancaq həmin şəxslər ərazidə olmadığı üçün bu mümkün olmadı.

Sabunçu qəsəbəsi üzrə icra nümayəndəsiMəhəmməd Əsədov isə bildirdi ki, həmin məsələdən xəbərdardılar. Əraziyə baxış keçirilib və tikintinin qanunsuz olduğu aşkarlanıb. Elə buna görə də, sözügedən ərazidə tikinti işləri birdəfəlik dayandırılıb. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Tikinti narazılığa səbəb oldu

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.