Cəmiyyət

Sabah TANAP-ın açılış mərasimi keçiriləcək - VİDEO

11 İyun 2018 22:17
0 Şərh     Baxış: 876

3 il ərzində 2700-metrdən çox yüksəkliklərdən, - 60 metr çökəkliklərdən keçməklə inşa edilən Trans-Anadolu Qaz Boru Kəməri sabah istifadəyə veriləcək. Milli.Az bildirir ki, Azərbaycan qazını əvvəl Türkiyəyə və növbəti mərhələdə isə Avropaya ixracında əsas rol oynayan TANAP layihəsinin açılışı Türkiyədə baş tutacaq. Bununla da Cənub Qaz Dəhlizi layihəsinin əsas hissəsi başa çatmış olacaq.

"Şahdəniz-2" layihəsi çərçivəsində bu boru ilə Azərbaycandan ildə 16 mlrd. kubmetr qaz Türkiyəyə nəql olunacaq, bunun 6 mlrd. kubmetri qardaş ölkənin istifadəsinə veriləcək, 10 mlrd. kubmetrlik hissəsi isə Avropaya ixrac ediləcək. Təkcə bu xətlə ixrac edilən qaz, Türkiyənin 12 %- lik ehtiyyacını qarşılayaca biləcək. Sabahdan etibarən Türkiyəyə bu miqdarda qazın verilməsi mümkün olsa da Avropaya qazın çatdırılması gələn il təmin ediləcək.

Ümumilikdə, bu layihənin reallaşması, Azərbaycanın geosiyasi mövqeyini daha da, möhkəmləndirəcək. Bu eyni zamanda regionda təhlükəsizlik, və sabitlik faktorunu daha da, aktuallaşdıracaq. Azərbaycanın enerji siyasətində yeni bir mərhələ açılacaq.

Qeyd edək ki, bu layihə Avropa ölkələrinin enerji təhlükəsizliyində böyük rol oynayacaq və Avropanın qaza olan tələbinin böyük bir hissəsini qarşılaya biləcək. Bu isə həm ölkəmizin nüfuzunu artıracaq, həm də beynəlxalq arenada söz haqqını artıracaq. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Sabah TANAP-ın açılış mərasimi keçiriləcək

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.