Cəmiyyət

Şamaxıda sel: piyadalar və mal qara üçün təhlükə - VİDEO

11 İyun 2018 21:58
0 Şərh     Baxış: 1 498

Güclü yağışlardan sonra yaranan sel fəsad törədib. Milli.Az bildirir ki, Şamaxı rayonunun Mədrəsə kəndini rayon mərkəzi ilə birləşdirən avtomobil yolu suyun altında qalıb. Nəticədə yol bir neçə saat bağlı qalıb. Çökək ərazidən keçən yol və ordaki körpünün üstü su və qalın lil qatı ilə örtüldüyü üçün kəndə gedib-gələn avtomobillərin hərəkəti məhdudlaşib.Su yaxınlıqdakı həyətlərə də dolub.

Sakinlərin sözlərinə görə qəfildən gələn sel-suları piyadalara və mal qara üçün də təhlükə yaradıb. Körpünü keçmək istəyən bəzi sürücülərə ciddi ziyan dəyib, avtomobillərin mühərriki sıradan çıxaraq suyun ortasında qalıb.

Rayondan kəndə sərnişin daşıyan avtobusun da mühərriki siradan çixıb. Bir saata yaxın sərnişinlər avtobusun içində gözləməli olublar. Sakinlər tərəfindən əraziyə çağrılan texnika vasitəsi ilə avtobus sudan çixarılıb və sərnişinlər kəndə piyada getməli olublar. Rayon fövqəladə hallar komissiyasının sədri Qasım Qasımov bildirib ki, əraziyə texnikalar cəlb olunub.Yoldakı problem aradan qaldırılıb. Lakin yenidən güclü yağış yağarsa eyni problem yaşana bilər. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Şamaxıda sel: piyadalar və mal qara üçün təhlükə

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.