Cəmiyyət

İşgəncə verilən bağçadan uşaqlar çıxarıldı, icra başçısı da bağçaya gəldi - VİDEO - FOTO

11 İyun 2018 18:10
9 Şərh     Baxış: 7 506

Xəbər verdiyimiz kimi, Bakıdakı məşhur özəl bağçalardan birində -"Kids Studio"da uşaqlara qarşı kobud rəftarın videogörüntüləri yayılıb. 

Milli.Az bildirir ki, "Qafqazinfo"nun əməkdaşları uşaqlara işgəncələr verilən həmin bağçaya yollanıblar. 

Yasamal rayonu, Kazımzadə: 25 ünvanında yerləşən bağçada hazırda uşaqların olmadığı məlum olub. KİV nümayəndələrinə bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır, bağça rəhbərliyi yaxın dəqiqələrdə mətbuata açıqlama ilə çıxış edəcək. 

Jurnalistləri içəri buraxmayan bağça əməkdaşları özləri də çölə çıxmamağı üstün tuturlar. Bildirək ki, bağçanın aylıq ödənişi 250 manatdır.

Valideynlərdən biri isə jurnalistlərə açıqlamasında bağçanın əməkdaşlarından razılıq edib. Hər hansı işgəncə faktının olmadığı deyib.

Artıq məsələ böyük rezonansa səbəb olub, elə bunun nəticəsi kimi də Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov da bağça ərazisinə gəlib.

Qeyd edək ki, uşaqlara qarşı kobud davranan şəxsin Firuzə Tağıyeva adlı tərbiyəçi olduğu deyilir.

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:

Uşaqlara işgəncə verildiyi deyilən bağçanın valideyni danışdı

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

9 Şərh:

  • Anonim
    tt · 11 İyun 18:36110

    valideyn kimi ozunu qelema veran bu xanim hec bawcadan xeberi yoxdu..yoldan kecan adama oxwayir bu

    Cavab yaz
    • Anonim
      Aysel · 11 İyun 19:16111

      Belələri bizim kimi savadli tərbiyəçilərin də adını batırır. Valideynlərin bunlara görə bagcalara inami yoxdu. Yaxsi ki bagca baglanıb.

      Cavab yaz
      • Anonim
        Sevda · 11 İyun 23:2030

        Sizinlə Razıyam. Mən magistr təhsili aldıgım halda, universitetde işləçəkdənsə bağçada işləməyi üstün tuturam. Çünki uşaqları sevirəm. Belə xəbər eşitdikdə insan işindən soyuyur.

        Cavab yaz
  • Anonim
    Sirr · 11 İyun 21:1830

    Yeqın butun özel baxçalar bu gundedır. Ayda 250-300 manat pul alırlar soruşsan yoxdur neye gore bu qeder pul alırlar. Heresının bır sponsoru var acıb verır bele baxçaları onlara ısletmeye

    Cavab yaz
  • Anonim
    Rubaba · 11 İyun 23:0520

    Çox da yalan deyir. Özüm ordan uşaqo çıxartdım. O qadın bağçaya gelenmen düz iki gün sonra. Onun exlaqsız olduğunu anladım. Bağça keçen ilin sentyabrındam fealiyyet gösterir.

    Cavab yaz
  • Anonim
    solmaz · 11 İyun 23:3220

    Heç olmasa ,cavan qadın tapardılar.Yalan ayaq tutar yeriməz.

    Cavab yaz
    • Anonim
      Sevda · 11 İyun 23:3920

      Qadının yalan danışdığı bəllidi. 2 aydi bagca acilib, 3 yaşlı uşaq 2 aya guya rusca ingiliscə öyrənib.

      Cavab yaz
      • Anonim
        alsu · 11 İyun 23:5730

        bu qadin onlari temize cixarmaq isteyenlerdendi amma ortada fakt video var bu da ele hey daniwir uc yaw yarim uwaq guya olanlari daniwir hiss olunur ki terbiyeciler terefinden davraniw dunenin bu gunun iwi deyil ele bil quzgunlar kimi tokulmuwduler uwaqlarin canina ne var ne olub duwmusuz uwaqlarin canina size zorla uwaqmi veribler baxmaga baxca acib elan vermisiz guvenib ayda 250 300 manat odeyirler size balalarindan otru guvenli yerdediler amma o biri baxcalarinda adini batirirsiz yaxwi yerbiye veren baxcalar da coxdur siz amma terbiye pozursuz sag olsun dovlet orqanlari aninda size cavab verdi

        Cavab yaz
  • Anonim
    Aki 2 · 12 İyun 02:4410

    Yaxwi olub qoy isciler indi oturub barmaqlarini sorsunlar

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.