Cəmiyyət

Günün qoroskopu: hadisələrə süni təkan verməyin

14 İyul 2018 00:01
36 Şərh     Baxış: 8 910

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - Günün ilk yarısından etibarən kiçik iş və məişət problemlərini həll edin. Tələskənliyə qapılaraq önəmli məsələlərdən birini unutmayın. Qərarı başqa günə ertələmyin.

Günün ikinci yarısı sənədləşdirmə və müqavilələr üçün əlverişlidir. Müzakirələrdə diqqətli, sayıq olun. İşdə rəhbərliyin sizə yeni tapşırığı olacaq. Baş verənləri dəyişməyə çalışmayın. Vəziyyəti dürüst qiymətləndirin.

Axşam saatlarında həssas davranın.

Buğa - Sizi maraqlandıran məsələnin təfərrüatını öyrənin. Soyuqqanlı şəkildə çalışaraq məqsədə doğru addım-addım yaxınlaşın. Önəmli məsələlərin çözümü zamanı tələsməyin. Razılaşmadığınız məqam, qəbul etmədiyiniz detallarla bağlı fikrinizi açıq bildirin.

Günün ikinci yarısında mühüm işi təxirə salmaq yanlış qərardır. Səhvin nəticələri ağır ola bilər. Peşəkar inkişaf üçün yaranmış şansı dəyərləndirin. İşgüzar mükalimələrdə qarşı tərəfin mövqelərini nəzərə alın. "Gərəkli" insanla görüşməyi unutmayın.

Axşam saatlarında gəzintiyə çıxın.

Əkizlər - Prioritet məqsədləri müəyyənləşdirin. Cari xidməti məsələlər və kiçik məişət problemləri başağrıları yarada bilər. Rutinlik, yeknəsəqlik sizə çox pis təsir edəcək. Xırda məsələlər əhvalınızı korlamamalıdır.

Günün ikinci yarısında yaxınlarınızla münasibətlərinizdə diqqətli olun. Xırdalıqlara laqeyd münasibət karyeranızla yanaşı, yaxınlarınızla münasibətlərinizə mənfi təsir edə bilər. Önəmli görüşdən əvvəl gərəkli auranı yaratmağa can atın. Axşam saatlarında ünsiyyət məhsuldar olacaq. İrad və təkliflərin sayını artırmayın.

Xərçəng - Yaxın ətrafınızdakı insanlarla münasibətləri gərginləşdirməyin. Günün ilk yarısında hisslərin əsirinə çevrilməyin. Əldən verilmiş imkanlar barəsində düşünmək yerinə irəliləyişə üstünlük verin. Mənasız söhbətlərə qatılmayın.

Günün ikinci yarısında mühüm sənədlərin hazırlanmasını, gərəkli informasiyanın axtarışlarını təxirə salmayın. Dəyər verdiyiniz insanlara ünvanlanmış iradların sayını azaldın. Ultimatum və hədələr yolverilməzdir. İstənilən dialoqda diqqətli tərəfdaş olun.

Axşam saatlarında evdən uzağa yollanmayın.

Şir - Peşəkar maraqlarınızı təmin edə biləcək sərfəli imkanlar yaranacaq. Təklif edilən yeni şərtlərlə razılaşmağa tələsməyin. Situasiyanı diqqətlə araşdırın, təklifi dəyərləndirin.

Yeni layihəyə başlamaq olar.

Günün ikinci yarısında görüşdə maraqlarınızı müdafiə edin. Yaşlı qohumlardan birinin sizinlə aqressiv danışdığı təqdirdə geri çəkilməyin. Romantikaya qapılmayın. Rifahınızı düşünün, maraqlarınızı təmin edin.

Axşam saatlarını sevdiyiniz insana həsr edin.

Qız - Günün ilk yarısından etibarən bütün diqqəti peşəkar fəaliyyətə yönəldin. Gərəkli bacarıq, informasiya və təcrübənin olmadığını hiss etsəniz, daha təcrübəli tərəfdaşdan məsləhət almaqdan çəkinməyin.

Situasiya barədə maksimum informasiyaya yiyələnin.

Günün ikinci yarısında fəaliyyət sahəsini və ya iş yerini dəyişməklə bağlı fikirlər yaranarsa, təşəbbüsün sonuclarını nəzərə alın. Tələsik qərarlar verməyin.

Sayıq davranın.

Tərəzi - İndiyədək üzə çıxmayan mübhəm problemlər aşkarlanacaq. Onları mərhələlərlə həll edin. Ətrafınızdakı vurnuxmaya aldanmayın. Sizi tələsdirən insanlara qulaq asmayın. Hüquqlarınızı sonadək müdafiə edin. Yaşam tonusunun səviyyəsi aşağı düşə bilər.

Günün ikinci yarısında fəaliyyət tempini bir qədər azaldın. Müsbət emosiyalar əldə etməyə can atın. Yeni işə sınanmış, etibarlı insanla başlayın. Əsas məsələ qarşılıqlı etimad və inamdır.

Mənasız şübhələr fəaliyyətinizdə əngəllər yaratmamalıdır.

Əqrəb - Karyera məsələləri xüsusi aktuallıq kəsb edəcək. İşdə rəhbərliklə kəskin mübahisə etməyin. Həmkarlarınızla birgə fəaliyyətin üstün cəhətlərindən yararlanın. Peşəkarlarla işləyin.

Günün ikinci yarısında ləyaqətsiz insanlardan uzaq durun. Motivasiyaya ehtiyac yoxdur. Təkbaşına da işləyə bilərsiniz.

Yaxınlarınızdan birinin sizə praktik yardım təklifi olarsa, müsbət dəyərləndirin. Heç bir halda başqasını hansısa əməldə zorla müdafiə etməyin.

Oxatan - Mübahisəli məsələləri günün ilk yarısında həll etmək olar. Ümumi razılığı əldə etməmiş yeni layihəyə başlamayın. İfrat dərəcədə informasiya əldə etməyə çalışmayın. Eyni zamanda bir neçə genişmiqyaslı layihəyə qatılmağın pis fəsadları olacaq.

Günün ikinci yarısında ifrat yorğunluq yarada biləcək nüanslara qapılmayın. Emosional təmaslar usandırıcı ola bilər.

Ailə üzvlərinin qayğısına qalın.

Oğlaq - İnformasiya, rəqəmlər, faktlar və mətnlərlə diqqətlə çalışın. Mümkün qədər diqqətli davranın, işlə bağlı məsələlərdə sayıqlığı əldən verməyin. Hər şeyi eyni vaxtda görməyə çalışmayın. Tələsmədən, vurnuxmadan irəliləyin.

Günün ikinci yarısında düşünülməmiş qərarlar sizin ən pis düşməniniz olacaq. Maraqlandığınız sahədə aramla addımlayın. Rəhbərlikdən yeni tapşırıqlar alsanız, həmin işi dərhal görməyə can atmayın. Sizdən konkret olaraq nələr istəndiyini araşdırın, gözləntiləri təhlil edin.

Dolça - Mövqelərinizi möhkəmləndirin, stabilliyə can atın. Danışıqlar aparın, informasiya arayın, mütəxəssislərlə məsləhətləşin. İntellektual və fiziki yük az olmayacaq. Zəruri təhlildən sonra ideyalar, hesablamalar, təkliflər və vədlər başqa forma ala bilər.

Günün ikinci yarısında tələsməyin, sənəd imzalamayın. Planlarınızı kimsə ilə bölüşməyin. Səhhətinizdə problem yarana bilər. Mədə ağrıları istisna deyil. Baş ağrısı, ürəkbulanması riski var.

Hadisələrə süni təkan verməyin. Müdaxilələr yolverilməzdir.

Balıqlar - İşgüzar münasibətlərinizi sürətlə inkişaf etdirin. Tərəfdaşlarla əməkdaşlığınızın səviyyəsi sizdən asılıdır. Kommunikativ imkanlarınızı intensivləşdirsəniz, daha sürətlə irəliləyə bilərsiniz.

Günün ikinci yarısında işgüzar ünsiyyət stilini qeyri-formal təmaslarla sıralayın. Belədə qarşı tərəflə bağlı daha çox məlumat əldə edə bilərsiniz. Axşam saatlarında zəruri ev işlərini yerinə yetirin. Dostların yardımlarından imtina etməyin. Əhvalınızı pisləşdirə biləcək məkandan və insanlardan uzaq durun.

Milli.Az

loading...

Şərh yaz:

36 Şərh:

  • Anonim
    Esmer · 14 İyul 00:0320

    Axşamınız xeyir eziz dostlarım )))dedim bu defe yenilik olsun ))))

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 14 İyul 00:0720

      Oldu ))) Canim .

      Cavab yaz
      • Anonim
        Esmer · 14 İyul 10:1410

        Can))))hiss etdim)))GÖZELİM.....

        Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 14 İyul 00:0331

    Sabahiniz uqurla acilsin

    Cavab yaz
    • Anonim
      Arzu · 14 İyul 00:0900

      Her vaxtun xeyir esmer xoş geldin

      Cavab yaz
      • Anonim
        Esmer · 14 İyul 10:1500

        Cox sag ol bacı can

        Cavab yaz
    • Anonim
      Arzu · 14 İyul 00:1100

      Her vaxtun ugurla her zaman acilsın esra bacım xoş geldin

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 14 İyul 09:4610

        Arzu bacim cox saq ol var ol.Xos gunlerun bol olsun.

        Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 14 İyul 00:0900

    Salam DOSTLAR

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 14 İyul 09:4610

      Salam Muellim.

      Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 14 İyul 00:1510

    Əsmərim təbrik edirəm. Həmişə birincilərdən olasan.

    Cavab yaz
    • Anonim
      Esmer · 14 İyul 10:1510

      Canımsan Gülüm cox sag ol...

      Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 14 İyul 00:1500

    BÜRCLƏR HAQQINDA - ★★★...567...★★★BÖLÜM--Bürclər haqqında

    Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 14 İyul 00:1610

    Esra bacı sənində sabahın xeyirli uğurlu olsun.

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 14 İyul 09:4720

      Cox saq ol Canim Tutu .

      Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 14 İyul 00:1600

    QOÇ - Macərapərəst.

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 14 İyul 09:4820

      Dubbedüz.

      Cavab yaz
      • Anonim
        Esmer · 14 İyul 10:1600

        Elədi ki var

        Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 14 İyul 00:1600

    BUĞA - Yaradıcı.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 14 İyul 00:1610

    ƏKIZLƏR - Hər şeyə uyumlu.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 14 İyul 00:1700

    XƏRÇƏNG - Dəstəkləyici.

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 14 İyul 09:4920

      Her zeman.(Xercengimin biricik qızıyam )

      Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 14 İyul 00:1710

    ŞIR - Qərarlı.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 14 İyul 00:1710

    QIZ - Diqqətcil.

    Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 14 İyul 00:1800

    Xoş əhval ruhiyyəli bir səhər qarşılamaq diləyilə gecəniz xeyirə !!!

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 14 İyul 00:1810

    TƏRƏZI - Səmimi.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 14 İyul 00:1810

    ƏQRƏB - Qüvvətli.

    Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 14 İyul 00:1800

    Sabahınız xeyir dostlar .

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 14 İyul 00:1900

    OXATAN - Araşdıran.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 14 İyul 00:2000

    OĞLAQ - Qəmsiz.

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 14 İyul 09:4920

      Elə deyil kederlidi (Oqlakin biricik qizi Esra )

      Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 14 İyul 00:2030

    DOLÇA - Düşüncəli.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 14 İyul 00:2000

    BALIQ - Dostcanlı.

    Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 14 İyul 11:1100

    Salam Əli bəy

    Cavab yaz
    • Anonim
      Mehriban 1 · 14 İyul 12:1200

      Esmer bacim tebrik edirem hemise birinci olasan Canim bacim

      Cavab yaz
      • Anonim
        Esmer · 14 İyul 13:0700

        Can cox sag ol Mehriban canım

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.