Cəmiyyət

Günün qoroskopu: bələd olmadığınız məsələlərlə bağlı danışmayın

12 İyul 2018 00:01
22 Şərh     Baxış: 12 093

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - sizi maraqlandıran sahədə irəliləyişə nail olmaq üçün ciddi səy göstərməyiniz gərəkdir. Strateq olun, məntiqli taktika qurun. Ani hisslərin əsiri olmayın, eyni zamanda "qlobal hədəf"lərə də aludə olmayın.

Genişmiqyaslı layihələrə başlamaq olar.

Günün ikinci yarısında şəxsi münasibətlərdə problemlər yaratmayın. Arqumentlərdən istifadə edin, əməllərinizə nəzarəti əldən verməyin. Qarşılıqlı güzəştlərə zərurət duyulur.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Buğa - fəaliyyət sahənizdə təkmilləşmək və irəliləmək üçün potensial var. Gündəlik qayğıların çözülməsinə yaradıcı yanaşsanız, yaxşı nəticələr əldə edəcəksiniz. Kreativlik və müstəqil təfəkkürlə bahəm, intizama meylli olun.

Günün ilk yarısında başladığınız işləri başa vurmağa çalışın.

Günün ikinci yarısında yeni işlərə başlamayın. Genişmiqyaslı fəaliyyət və ya layihə problemlər vəd edir. Həmkarlar, müştərilərlə təmaslarınız aktiv olacaq. Yazışmalarda passivlik etməyin.

Səhhətinizin qeydinə qalın.

Əkizlər - mənasız illüziyalar və səbəbsiz nikbinlikdən uzaq olun. Situasiyanı olduğu kimi qəbul etsəniz, seçim asanlaşacaq. Məqsədə çatmaq üçün inadla çalışın.

Əhvalınızın dəyişməsi istisna deyil. İstəklərinizdəki qeyri-müəyyənlik əməllərinizə fəsadlı təsir etməməlidir.

Günün ikinci yarısında yanlış yolu seçməyin. Diqqətli olun. Yeni layihənin müsbət və mənfi tərəflərini diqqətlə hesablayın. Maddi rifah səviyyənizi yüksəltmək üçün zəruri addımlar atın.

Axşam saatlarını evdə keçirin.

Xərçəng - çoxdan bəri məşğul olduğunuz işin bəhrəsini görəcəksiniz. Əhvalınız pis olmayacaq. Dayanıqlı hisslərə can atırsınızsa, emosional olmayın. Hisslərinizə nəzarət edin.

Günün ikinci yarısında yeni əlaqələrin yaradılması və təmasların qurulması xeyli vaxtınızı alacaq. Buna rəğmən istədiyiniz nəticəni əldə etməyəcəksiniz. Axşam saatlarında ifrat yorğunluq və ya orqanizminizdə qəfil ağrının yaranması istisna deyil.

Problem varsa, mütləq həkimə baş çəkin.

Şir - mövcud durumdakı prioritetləri dürüst müəyyənləşdirin. Tələbat və zərurət ierarxiyasını normal bəlirləsəniz, seçdiyiniz istiqamətdəki addımlarınız uğurlu olacaq. Yanlış yönlərə sapmayın.

Günün ikinci yarısında maliyyə, nəqliyyat və informasiya məsələlərinin tənzimlənməsi ilə məşğul olun. Laqeyd, hadisələrdən təcrid olunmuş insan təsiri bağışlamayın. Alış-verişdə pul xərcləyərkən maliyyə vəsaitinizin qədrini bilin. Əks təqdirdə əsla ehtiyac duymadığınız əşyaları satın ala bilərsiniz.

Dəyər verdiyiniz insanı xoş sözlərlə sevindirin.

Qız - istirahət və əyləncə planlarını təxirə salın. Qarşıda həllini gözləyən problemlər var. Mühüm sənədləri qaydaya salın. Zəruri danışıqları ertələməyin. Biznes tərəfdaşları ilə ünsiyyətlər pis alınmayacaq.

Yaşanan olaylarla bağlı məlumatlarınızı günün ikinci yarısında artırın. Vurnuxmalara qatılmayın. Tələskənliyə yol verməyin. Biliklərinizi artırın. Situasiyanın təfərrüatlarından hali olun. Peşəkar fəaliyyət müstəvisindəki mövqelərinizi daha səbatlı edin.

Yarımçıq iş qoymayın.

Tərəzi - yaradıcılıq, innovasiyalar üçün faydalı zamandır. Maraqlarınızı təmin edəcək işlərlə məşğul olun. Problemlərin həllində yeni variantlardan istifadə edin. Kreativ olun, sınanmış metodları bütün dərdlərə çarə saymayın. Tərəfdaşlarla birlikdə yaxın gələcəyə hesablanmış perspektiv plan çərçivəsində hərəkət etsəniz, işləriniz daha yaxşı alınar.

Günün ikinci yarısında şərtlərə əməl edin. Ailə üzvlərinin istəklərini və tələblərini nəzərə alın. Daşınmaz əmlak, təmir, inşaatla bağlı işlərdə maliyyə imkanlarınızı dəqiq hesablayın.

Əqrəb - işgüzar tərəfdaşlığın effektiv olması üçün əlinizdən gələni edin. Tərəfdaşlarınızla münasibətlərinizdə həll olunmamış məsələlər varsa, diqqətli və sayıq olun. Şəriklərlə tərəfdaşlar ciddi ziyan çəkməmiş situasiyanı aydınlaşdırmağa çalışın.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan birinin rəğbətini qazanmaq istəyirsinizsə, az danışıb çox iş görün. Hisslərinizin izharı yalnız praktikada mümkündür. Sözlər isə unudulacaq.

Axşam saatlarında gəzintiyə çıxın.
 

Oxatan - işgüzar təmaslara və danışıqlara xüsusi fikir verin. Emosiyalara uymayın. Diqqətli olun, qarışıq situasiyalarla sayıq davranın. Qarşı tərəfin nə istədiyini müəyyənləşdirməmiş aktiv addımlar atmayın.

Günün ikinci yarısında "oyun qaydaları"nı pozmayın. Ayıq olun. Sizi aldatmağa, tora salmağa çalışacaqlar. Önəmli sənədləri imzalamağa tələsməyin. Pulunuzun qədrini bilin. Şəxsi münasibətlərdə əlahiddə uğur gözləməyin.

Oğlaq - bilik və bacarıqlarınızı nümayiş etdirməkdən çəkinməyin. Məqsədə doğru qətiyyətlə irəliləyin. Aktiv olun, süstlüyə qapılmayın. Ətalət inkişafın düşmənidir. İntellektual və fiziki işi növbələşdirin.

Günün ikinci yarısında inadkar, əzmkar olsanız, ciddi irəliləyiş istisna deyil. Yeni fəaliyyət sahəsində özünüzü sınamaq istəyirsinizsə, riskli addımlar atmayın.

Qərarlarınız düşünülmüş, davranışınız təmkinli olmalıdır.

Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz.

Dolça - günün ilk yarısından etibarən faydalı məlumatlar, fəaliyyət prosesində gərəkli informasiyalar əldə etməyə çalışın. Mürəkkəb problemin çox sadə və asan həlli var. Ciddi əməliyyata başlamazdan əvvəl bütün şərtlərlə tanış olun.

Günün ikinci yarısında işlərin çoxluğu sevdiyiniz insana qarşı diqqətsizliyə və laqeydliyə səbəb olmamalıdır. Çətin dövrün müvəqqəti olduğunu ona anladın.

Axşam saatlarını istirahətə həsr edin.

Balıqlar - günün ilk yarısında işgüzar görüşlər və müzakirələr yaxşı nəticələr verəcək. İstənilən dialoqda yalnız yoxlanılmış informasiyadan istifadə edin. Bələd olmadığınız məsələlərlə bağlı danışmayın. Konkret rəqəmlər, faktlar və müddətləri müəyyənləşdirin.

Günün ikinci yarısında tənbəllik etməyin. İllüziyalara qapılmayın, arzuların əsirinə çevrilməyin. Daha fəal tərəfdaşların intensiv iş rejiminə uyğunlaşın. İşdə həmkarlarınızı üstələməyə can atın.

Milli.Az

loading...

Şərh yaz:

22 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 12 İyul 00:0341

    Sabahiniz uqurla acilsin

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 12 İyul 00:0900

    Salam YENİ GÜNÜNÜZ UGURLU OLSUN

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 12 İyul 00:0900

    BÜRCLƏR HAQQINDA - ★★★...566...★★★BÖLÜM--Bürclər haqqında

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 12 İyul 00:1210

    QOÇ - Sizi xoşbəxtlikdən göyə uçura bilər

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 12 İyul 00:4031

      Dubbeduz xosbextlik mələyiyəm ))

      Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 12 İyul 00:1200

    BUĞA - Dünyanın ən əyləncəli insanıdır

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 12 İyul 00:1300

    ƏKIZLƏR - Sevdiyi xəyanət etsə bağışlamaz

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 12 İyul 00:1300

    XƏRÇƏNG - Ölçülüdür, incə düşünər

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 12 İyul 00:4031

      İncədəndə incə düşünər (Xercengimin Esrasiyam )

      Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 12 İyul 00:1300

    ŞIR - Güclü iradəli və cəsarətlidir

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 12 İyul 00:1400

    QIZ - Keçmişdə olanları unutmaz

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 12 İyul 00:1400

    TƏRƏZI - Tək kəlimə ilə sarsıla bilər

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 12 İyul 00:1410

    ƏQRƏB - Qorxusuz, bir o qədər də tədbirsizdir

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 12 İyul 00:1500

    OXATAN - O istəməsə danışdıra bilməzsiz

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 12 İyul 00:1500

    OĞLAQ - Məqsədinə çatmaq üçün hər yola əl atar

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 12 İyul 00:1510

    DOLÇA - Safdır, hər şeyə inanar

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 12 İyul 00:1500

    BALIQ - Macəranı sevən biridir

    Cavab yaz
    • Anonim
      Esi Kenani · 12 İyul 09:3000

      elediki var)))

      Cavab yaz
  • Anonim
    asi · 12 İyul 10:2110

    O baxır istəyə).. Yəqin üzvlər məndən inciməz)...

    Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 12 İyul 11:2410

    Salam Esracan, qız sənə demədim sən Milli.az -ın biricik Esrasısan.

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 12 İyul 11:3030

      Cannnne, cannn Tutu canim menim cox saq ol var ol ezizim.

      Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 12 İyul 11:3320

    Gözəlim dəyməz

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.