Cəmiyyət

Usta işlədiyi bağ evindən oğurluq etdi - VİDEO

27 May 2018 21:31
0 Şərh     Baxış: 881
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda bağ evində işləyən usta ordan oğurluq edib. Hadisə Binəqədi rayonunda baş verib. Ağcəbədi rayonunda isə mağazadan 13 ədəd telefon oğurlayan şəxs tutulub. Maraqlısı bundadır ki, həmin şəxs qarət etdiyi mağazaya bir neçə gün sonra yenə də eyni əməli törətmək üçün gələrib.

Usta işlədiyi bağ evindən oğurluq edib.

Hadisə paytaxtın Binəqədi rayonu Novxanı qəsəbəsində baş verib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, mayın 22-də gecə saatlarında Novxanı bağlar sahəsində Tahir Cəbrayılova məxsustikintisi başa çatmamış evdən 2600 metr elektrik naqilini oğurlayan Gədəbəy rayon sakini, əvvəllər məhkum olunmuş Mahir Həsənov ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılıb.

Özünü şübhəli apardığı üçün saxlanılan Mahir Həsənovun əlindəki bağlamalara baxış keçiriblər. Həmin bağlamadan xeyli sayda elektrik kabelli aşkar edildiyi üçün o,polis idarəsinə gətirilib.

İstintaqa ifadə verən Mahir Həsənov həmin evdə usta işlədiyini bildirib. O, işlədiyi yerdə elektrik xətlərinin çəkilib yekunlaşdığını, bu səbəbdən də artıq naqilləri oğurlayaraq satmaq qərarına gəldiyini deyib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində başlanan cinayət işi üzrə istintaq davam edir.

Ağcəbədi Rayonunda isə telefon mağazasından oğurluq edilib. ''102-Zəng Mərkəzi'' Xidmətinə və Ağcabədi rayon polis şöbəsinə şəhər ərazisindəki telefon satışı mağazalarının birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

Dərhal Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin mağazadan 13 ədəd mobil telefonun oğurlandığı müəyyən edilib.Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərəksaxlanılıb. Araşdırmalarla onun Abşeron rayon sakini Qurbanəli Əsgərzadə olduğu, oğurladığı mobil telefonların çoxunu satdığı müəyyən edilib. Mobil telefonlardan 2-si maddi sübut kimi ondan götürülüb.

Qeyd edilən faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində başlanan cinayət işinin istintaqı davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Usta işlədiyi bağ evindən oğurluq etdi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.