Cəmiyyət

Xaçmazda əməliyyat: Həyətini narkotik plantasiyasına çevirən qadın saxlanılıb - VİDEO

27 May 2018 21:26
2 Şərh     Baxış: 2 356
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həyətini narkotik plantasiyasına çevirib. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən Xaçmazdakeçirilən əməliyyatla həmin qadın saxlanılıb. Polis onun həyətyanı sahəsindən xeyli çətənə bitkisi aşkar edib.

Qadın polislərə əkib becərdiyi narkotik maddələrin yerini göstərir.

Xaçmazda həyətini narkotik plantasiyasına çevirən qadın saxlanılıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Belə ki,polis şöbəsinə məlumat daxil olub ki, şəhər sakini Umusəlmə Ağayevaya məxsuz evdən və həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq edilmiş küllü miqdarda narkotik xassəli çətənə - Kannabis bitkiləri var. Polis dərhal əməliyyat qrupu yaradaraq həmin ünvana gəlib.

Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan hündürlüyü 35-50 sm olan 2 min 153 ədəd çətənə kolu, evin eyvanından və qaraj hissəsindən isə hündürlüyü 100-120 sm olan dibçəkdə kultivasiya yolu ilə yetişdirilmiş 21 ədəd çətənə kolu, çətənə bitkilərinin toxumu və qablaşdırmaq üçün istifadə olunan kibrit qutuları aşkar olunub.

Qadın elə hadisə yerindəcə polis tərəfindənsaxlanılıb. Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı həmin qadın çətənə kollarını özü becərdiyini bildirib. Umusəlmə Ağayeva həmin zəhərli maddələri satış üçün əkib-becərdiyini bildirib. Faktla bağlı onun barəsində rayon polis şöbəsində cinayət işi başlanıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Xaçmazda əməliyyat

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.