Cəmiyyət

Bakı- Quba yolunda zəncirvari qəza - Yaralılar var - VİDEO

27 May 2018 20:37
0 Şərh     Baxış: 1 606
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində zəncirvari avtobus qəzası baş verib. 2 avtobus və 1 mikroavtobusun toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Xaçmazdan Bakıya gələn avtobuslarqəzaya uğrayıb.

Zəncirvari qəzaBakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsindəbaş verib. Xaçmazdan Bakı istiqamətinə hərəkət edən Elmir Hüseynovun idarə etdiyi avtobus ehtiyatsızlıq səbəbindən Elçin Qarayevin idarə etdiyi mikroavtobusa arxadan çırpılıb. Mikroavtobus zərbənin təsirindən yoldan çıxıb və qarşıdan gələn Dilqəm İbrahimovun idarə etdiyiavtobusla toqquşub.

Qəza nəticəsində 4 sərnişin yaralanıb. Yaralılara hadisə yerinə çağırılan təcili yardım briqadaları tərəfindən ilkin tibbi yardım göstərilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakı- Quba yolunda zəncirvari qəza

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.