Aparıcı Leyla Quliyeva da prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında" sərəncamına əsasən fəxri ad alanlar sırasında yer alıb.
Milli.Az bildirir ki, axşam.az-a açıqlama verən L.Quliyeva xəbəri ilk olaraq saytlardan oxuduğunu deyib:
"Mənim üçün ən gözəl və əhəmiyyətli xəbər əməkdar mədəniyyət işçisi olmağımdır. İlk xəbəri saytdan oxudum. Oturub siyahıya baxırdım və adımı gördüm. Həyatımda çox xoş hadisələr olub. Az-çox nailiyyətlərim olub. Bu heç bir halla müqayisə edilmir. Bu o deməkdir ki, sənin əməyin Prezident səviyyəsində qiymətləndirilir. Sənin əməyin, sərf etdiyin enerji, qiymətləndirilir və bu, dövlət səviyyəsində aldığın qiymətdir. İnanılmaz hisdir. Bunu hər bir mədəniyyət işçisinə arzulayıram".
Milli.Az