Cəmiyyət

Qalada xalq yaradıcılığı festivalı keçirildi - FOTO

26 May 2018 22:18
0 Şərh     Baxış: 1 028
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

25-26 may 2018-ci il tarixində Bakının Qala kəndindəki Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Azərbaycan Televiziyasının "Mədəniyyət"kanalı, Xalq yaradıcılığı redaksiyası, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birgə "Xalq yaradıcılığı : qədim el sənətləri" festivalı keçirildi.

Milli.Az bildirir ki, tədbirin idea müəllifi olan Mədəiyyət kanalının direktoru Ramil Qasımov qeyd etdi ki, Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiy ilə əlaqədar Prezident İlham Əliyevin 16 may 2017-ci ildə imzaladığı sərəncama uyğun olaraq Azərbaycan Televiziyasının "Mədəniyyət" kanalının "Xalq yaradıcılığı" redaksiyası AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu "Qala" Dövlət Tarix- Etnoqrafiya Qoruğunda 25-26 may 2018-ci il tarixində Keçmişdən gələcəyə "Xalq yaradıcılığı: qədim el sənətləri" adlı festival keçirməkdə məqsəd, keçmişdəki dəyərlərimizin gələcəyə daşınması yolunda önəmli addımdır. Layihə vətəndaşlarımızın, ölkəmizə gələn turistlərin mədəni istirahətinin təşkilinə xidmət edir: "Bu  gün dövlətimiz tərəfindən qədim el sənətlərinin təbliği istiqamətində,böyük işlər görülür. Mədəniyyətimizin hər  zaman dünyada təbliği üçün  çalışan, Heydər Əliyev fondunun xidmətləri əvəzsizdir. Hər zaman milli mədəniyyətimizə məxsusi qayğı  ilə  yanaşan Ölkəmizin birinci vitse-prezidenti, Mehriban xanıma bu qayğıya dəstəyi görə təşəkkürümüzü bildiririk".

Azərbaycan Televiziyasının musiqi kollektivləri, və solistləri, eyni zamanda, qədim əl işləri,  kitab sərgisi, zorxana tamaşası, milli geyimlərimiz, milli rəqslərimiz, aşıq havalarımız, xına qrupumuz, muğam üçlüyü, dulusçuluq, nalbəndlik, interaktiv oyunlar, ponilərdə gəzinti (uşaqlar üçün),  xalça toxuma və bu kimi nümunələr təqdim olundu.  

Festivalda, yeniyetmə və uşaqlar, eləcə də gənclər qədim el sənəti nümunələri ilə tanış oldular, özləri də ustalarla bir yerdə gil qablar düzəltdilər. Tarixi, arxeoloji, etnoqrafik materialların zənginliyi xarici və yerli turistlər, alimlər üçün də maraqlı oldu.
 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.