Cəmiyyət

Qusarda 17 yaşlı gənc traktorla birgə kanala düşüb, hələ də tapılmayıb

26 May 2018 21:48
3 Şərh     Baxış: 1 410
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qusar rayonunun Urvaoba kəndində 17 yaşlı traktorçu kanala düşüb, cəsədi hələ də tapılmayıb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, 17 yaşlı Dəyanət Didar oğlu Nəbiyev idarə etdiyi "T-25"markalı traktorla hərəkətdə olarkən Samur-Abşeron kanalının rayonun Urvaoba kəndi ərazisindən keçən hissəsinə düşüb. Sürətlə axan su sürücünü traktorla bir yerdə aparıb.

D.Nəbiyev əslən Qusarın Əvəcuq kəndindəndir. Kənd camaatının verdiyi məlumata görə, Nəbiyev anası və özündən balaca qardaşı ilə yaşayırmış və ailənin dolandırılması onun üzərinə düşüb. Bu səbəbdən də, yaşının az olmasına baxmayaraq işləməyə başlayıb.

Qusar rayon prokurorluğunda araşdırmaya başlanılıb. 17 yaşlı  Dəyanət Nəbiyevin meyiti və traktor isə Samur-Abşeron kanalında hələ tapılmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.