Cəmiyyət

Çimərliklərə xarici dil bilən ofisiantlar cəlb edilir - Turistlər artıb - QİYMƏTLƏR - VİDEO

26 May 2018 21:04
2 Şərh     Baxış: 2 184
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər havaların isti keçməsi çimərliklərə üz tutanların sayını artırıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, istirahət üçün pulsuz çimərliklərə gedənlərlə yanaşı, özəl çimərliklərə gedənlər də az deyil. Özəl çimərliklərə gedənlərin sayının çox olması buradakı xidmətlərin qiymətini gündəmə gətirir.
Çəkiliş zamanı məlum oldu ki, əksər özəl çimərliklər yay fəslinə tam hazır vəziyyətə gətirilib və xidmətə başlayıb. Çimərliklərin bəzilərinə giriş pulsuzdur, yalnız göstərilən xidmət qarşılığında pul alınır. Bəzilərinə isə giriş pulludur.
Çimərliklərin əksəriyyətində çardaq və ya stol-stul dəstindən istifadə 5-10 manata başa gəlir.
Burada çayın qiyməti iki manatdan başlayır.

Özəl çimərliklərdə 2 nəfər üçün yemək sifarişi 20 manatdan ucuz deyil.

Bəzi çimərliklərdə istirahətə gələnlər üçün "fastfood" yeməklər də təklif olunur.

Əvvəlki illərlə müqayisədə, bu il çimərliklərə gedən turistlərin sayının da artacağı gözlənilir. Bu məqsədlə çimərliklərə xarici dil bilən ofisiantlar da cəlb edilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Çimərliklərə xarici dil bilən ofisiantlar cəlb edilir

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.