Cəmiyyət

Gənc Tamaşaçılar Teatrının Cümhuriyyətin 100 illiyinə töhfəsi - FOTO

26 May 2018 20:38
0 Şərh     Baxış: 597
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvi Elşən Sərxanoğlu "Cümhuriyyət ili"nə həsr etdiyi əsərlərini Azərbaycan İstiqlal Muzeyi və  Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edib.

Milli.Az bildirir ki, hər iki əsər muzeylərin ekspozisiyasında nümayiş olunur. Rəssamın  İstiqlal muzeyinə bağışladığı "Həsrət üzəngilərinə elegiya" triptixi mayın 24-də  muzeydə Mədəniyyət Nazirliyi, Türkiyənin ölkəmizdəki səfirliyi, Bakı Yunus Əmrə İnstitutu və Bakı Türk Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz-İslam Ordusunun 100 illiyi ilə əlaqədar fotosərginin açılışında təqdim edilib.

Rəssam heykəltəraşın müəllifi olduğu "İstiqlal müjdəçisi" adlı heykəl isə mayın 25-də  Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Azərbaycanın istiqlal müjdəçiləri" adlı sərgidə nümayiş olunub.

Hər iki əsərdə ADGTT-nın  rəssam Azərbaycanın istiqlalını, qələbəsini və mübarizliyini  təsvir  etmişdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.