Cəmiyyət

Sumqayıtda 61 yaşlı qadın ona vurulan səhv iynədən ölüb

26 May 2018 20:28
0 Şərh     Baxış: 2 922
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıtda 61 yaşlı qadın vurulan səhv iynədən ölüb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə 10-cu mikrorayonda baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1957-ci il təvəllüdlü Soltanova Ziyafət Allahverdi qızının yaşadığı mənzildə halı pisləşib. Bu səbəbdən təcili tibbi yardım çağırılıb. Xəstə ona vurulan iynədən şoka düşüb və keçinib.

Onun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Eskpertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.

Sumqayıt Təcili Tibbi Yardım Stansiyasından "Report"un yerli bürosuna bildirilib ki, həkimlər ünvana çatar-çatmaz, qadın ölüm ayağında olub və ona iynə vurulub. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.