Cəmiyyət

National Geographic: Azərbaycan təəccübləndirməyə qadirdir

26 May 2018 17:46
Baxış: 824
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"National Geographic Rusiya" jurnalı Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə Azərbaycanda fototur təşkil edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, fototurun iştirakçıları jurnalın saytında səfər barədə təəssüratlarını bölüşüb.

Jurnalın baş redaktoru Andrey Palamarçuk Azərbaycandan çox xoşu gəldiyini bildirib: "Mən Azərbaycana çoxdan getmək istəyirdim, heç fikirləşməzdim, ölkə bu dərəcədə xoşuma gələcək. Azərbaycan təəccübləndirməyə qadirdir. Bu isə onu bildirir ki, mən bir daha buraya qayıdacağam, həm də tək yox, "National Geographic Rusiya" jurnalının kollektivi ilə".

O, öz məqaləsində yazır ki, Bakı Avropa ilə Asiyanın görüşdüyü yerdir: "120 il əvvəl, birinci neft bumunda olduğu kimi, şəhər bu gün də böyüyür və inkişaf edir".

Fototurun iştirakçılarından biri Oksana Petrova öz təəssüratları ilə paylaşarkən bildirib ki, səfərdən sonra o, Azərbaycanı, onun qədim tarixini və görməli yerlərini unutmayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.