Cəmiyyət

DİN-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTO

25 May 2018 23:47
Baxış: 1 706
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili İşlər Nazirliyində (DİN) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

DİN-dən Milli.Az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə daxili işlər naziri, general-polkovnik Ramil Usubov açıb. Sonra dövlət himni səsləndirilib.

Nazir iyirminci əsrin əvvllərində regionda yaranmış mürəkkəb geosiyasi şəraitdə Şərqdə ilk dəfə məhz Azərbaycanda demokratik respublika yaradılmasını qədim dövlətçilik ənənələrinə malik xalqımızın qəhrəmanlıqlarla zəngin tarixinin ən şanlı səhifələrindən biri kimi dəyərləndirib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün özünün ən qüdrətli dövrünü yaşayan, bölgədə söz, dünyada nüfuz sahibinə çevrilən gənc dövlətimizin Azərbaycan Xalq Cümhuriyyətinin ənənələrini, müstəqillik, suverenlik, demokratik ideallarını və prinsiplərini layiqincə davam etdiridiyini xüsusi vurğulayıb.

Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov qısa zaman kəsiyində milli hökumətin gördüyü işlər, Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun şərəfli döyüş yolu barədə mərasim iştirakçılarına ətraflı məlumat verib. Qeyd olunub ki, görkəmli dövlət və ictimai xadimlərin gərgin diplomatik səyləri nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti Demokratik Respublika formasında özünü təsdiqləmiş olub.

Diqqətə çatdırılıb ki, 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsinin qəbulundan sonra cümhuriyyətin ilk parlamenti seçilib, ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı, himni və gerbi təsdiqlənib, ana dili dövlət dili elan edilib, dövlət quruculuğu sahəsində əhəmiyyətli işlər görülüb, ölkənin ərazi bütövlüyünün və milli təhlükəsizliyinin təmini üçün mühüm tədbirlər həyata keçirilib.

Məruzədə xüsusilə vurğulanıb ki, məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi altında bu ənənələr davam və inkişaf etdirilib, milli intibahın və özünüdərkin əsasları yaradılıb, ümummilli liderin yüksək təşkilatçılıq və liderlik keyfiyyətləri, prinsipial mövqeyi və iradəsi nəticəsində Azərbaycanın müstəqilliyinin dönməzliyi təmin edilib.

Tədbirə yekun vuran nazir R.Usubov Azərbaycan Xalq Cümhuriyyəti dövründə yarımçıq qalmış bir çox işlərin, gerçəkləşməyən planların Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ardıcıl, məqsədyönlü şəkildə həyata keçirildiyini, ordu, dövlət quruculuğu, qlobal infrastruktur layihələri, uğurlu sosial, iqtisadi siyasət nəticəsində güclənmiş dövlətimizin, qüdrətli ordumuzun sonda torpaqlarımızı işğaldan azad edəcəyinə, ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa edəcəyinə əminliyini bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.