Cəmiyyət

Bir sinifdən 8 nəfər 600-dən çox bal topladı - VİDEO - FOTO

25 May 2018 17:12
3 Şərh     Baxış: 3 928
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəkinin 5 saylı orta məktəbinin 20 şagirddən ibarət 11-ci sinfi hamısı keçid balından yüksək nəticə göstəriblər.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, 5-ci cinifdən bir yerdə oxuyan 20 şagirddən Aytac Hüseynli 672 bal, Elnur Məmmədov 665 bal, Aysel Abdullayeva və Şahin Məmmədov 655, Cəlal Rəhmanov 652, Fərid Mustafayev 652, Səyalı Lətifova isə 628 bal toplayıblar.

Aysel Hüseyinli - 672 bal toplayan: "Bütün bunlar gündəlik və müntəzəm şəkildə dərsdə iştark etməyə və müəllimlərin kefiyyətli dərs keçmələrinin nəticəsidir".

Şahin Məmmədov - 655 bal toplayan: "Bəlkə də respublikamızın tarixində ən yaxşı nəticələrdən biridir".

Müəllimlərin sözlərinə görə, bu nəticələr şagirdlər arasında qarşılıqlı köməklə yanaşı, elmi rəqabətin nəticəsində əldə olunub.

Qeyd edək ki, bu Şəki üzrə 61 şagird 600-dən, 154 şagird isə 500-dən yuxarı nəticə göstərib. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bir sinifdən 8 nəfər 600-dən çox bal topladı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.