Cəmiyyət

1920-ci ilədək Azərbaycanda nə qədər ali təhsilli olub? - İNANILMAZ RƏQƏM

24 May 2018 21:14
1 Şərh     Baxış: 3 308
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov və Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadənin həmmüəllifi olduğu "1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar" ensiklopedik soraq kitabının 1-ci cildi işıq üzü görüb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Riyaziyyat və Mexanika İnstitutundan verilən məlumata görə, nəşrdə 1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyətinin ali təhsilli bütün müsəlman dövlət adamlarının sənədli tərcümeyi-halı toplu halında ictimaiyyətə təqdim edilir.

Sovet dönəmində iddia edilirdi ki, 1920-ci ilədək yalnız 62 ali təhsilimiz olub. Bu kitab həmin iddianın puç və yalan olduğunu ifşa edir və müəlliflərin Bakıdan başqa Moskva, Sankt-Peterburq, Qazan, Saratov, Kiyev, Xarkov, Odessa, Tallinn, Tiflis... kimi şəhərlərdəki mərkəzi arxivlərdə uzunmüddətli gərgin araşdırmalar apardıqdan sonra oradan gətirdikləri zəngin bəlgələr, sənədlər əsasında qələmə alınıb.

Birinci cilddə soyadları "A" hərfi ilə başlanan 77 soydaşımız haqqında məlumat verilir. Əsər bütün təbəqələrdən olan oxucular üçün nəzərdə tutulub.

Kitabın elmi redaktoru AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü, professor Yaqub Mahmudovdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.