Cəmiyyət

Məktəb direktoru məşhur müəllimi polisə şikayət etdi - VİDEO

24 May 2018 21:09
0 Şərh     Baxış: 1 623
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial fəaliyyəti ilə məşhurlaşan Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbin müəllimi Həbib Əlizadə həmin məktəbin direktoru Ziyafəddin Cavadov tərəfindən polisə şikayət edilib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Həbib Əlizadə bildirir ki, ona rayon polis şöbəsindən zəng gəlib və ora dəvət olunub. Səbəbini isə polis şöbəsinə gələndən sonra bilib. Məlum olub ki, Həbib Əlizadə şagirdləri Bakı şəhərinə gəzməyə aparmaq istəyirmiş. Direktorun şikayəti isə bu barədə ona məlumat verilməməsi olub.
Həbib müəllim deyir ki, bununla bağlı bütün sənədləri də hazır eləyib. Lakin hələ icraat olmayıb. Gəzinti çərçivəsində Şəhidlər Xiyabanı, bir çox tarixi abidələr, dövlət idarələri və digər yerlərə aparılmaq istənilirdi. Əgər yerli təhsil idarəsi icazə verib, tədbirlər planını təsdiq etsəydi, gəzinti olacaqdı.
Məktəbin drektoru Ziyafəddin Cavadov isə "Xəzər Xəbər"ə bildirib ki, o, bu haqda polisə şifahi bildirib. Bu addımı isə şagirdlərin təhlükəsizliyinə görə atdığını deyir.
Təhsil Nazirliyinin mətbuat xidmətindən "Xəzər Xəbər"ə bildirdi ki, məsələ onlar tərəfindən araşdırılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Məktəb direktoru məşhur müəllimi polisə şikayət etdi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.