Cəmiyyət

Bədii qiraət müsabiqəsinin qalibləri məlum oldu - FOTO

24 May 2018 17:24
Baxış: 1 016
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə ustad aşıq Dədə Şəmşirin Ulu Öndər Heydər Əliyevə həsr etdiyi şeirlərdən ibarət "Zərli Tac kamallı başa yaraşır" adlı bədii qiraət müsabiqəsinin təqdimat mərasimi keçirilib. 

Milli.Az bildirir ki, bədii qiraət müsabiqəsinin finalçıları Dədə Şəmşirin Ulu Öndərə həsr etdiyi şeirləri səsləndiriblər.

Münsiflər Heyətinin üzvləri - Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, bədii qiraət ustası Ağalar Bayramov, şairə Fərqanə Mehdiyeva, tənqidçi Əsəd Cahahgir, "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin əməkdaşı Həqiqət Şükürova və AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Qürbət Mirzəzadə iştirakçıları müvafiq şəkildə qiymətləndiriblər.

Qaliblərə İctimai Birlik adından diplom və mükafatlar təqdim edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.