Cəmiyyət

Bu sinfin şagirdlərinin hamısı imtahanlarda yüksək nəticə göstəriblər - VİDEO

23 May 2018 22:52
4 Şərh     Baxış: 5 404
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsmayıllı rayonunda bir sinfin şagirdləri qəbul imtahanlarında yüksək nəticə göstəriblər.

Milli.Az bildirir ki, Natiq Behbudov adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin 11 A sinfinin şagirdləri ali məktəblərə I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanında yüksək nəticələr əldə ediblər. Həmin sinifdə 25 şagirddən 23-ü imtahanda iştirak edib. Onlardan 1-i 700 bal, digərlər şagirdlərdən 5-i 600-dən, 4-ü isə 500-dən yuxarı bal yığıb. Qalan şagirdlər isə 300-400 arası bal toplayıblar.

Şagirdlər deyirlər ki, onlar bir-birləri ilə rəqabət apararaq, 700 bal toplamaq üçün bütün fənlərə yüksək səviyyədə hazırlaşıblar.

Həm sinif rəhbəri, həm məktəb rəhbərliyi, həm də digər müəllimlər şagirdləri hazırlayarkən onlara əllərindən gələn bütün köməyi göstəriblər.

Şagirdlər bununla kifayətlənmək istəmirlər. 600-dən yuxarı bal toplayanların hədəfi növbəti imtahanda 700 bal yığmaqdır. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bu sinfin şagirdlərinin hamısı imtahanlarda yüksək nəticə göstəriblər

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.