Cəmiyyət

Bakıda 9-cu sinif şagirdi alternativ enerji ilə bağlı yeni layihə hazırlayıb - VİDEO

23 May 2018 23:01
5 Şərh     Baxış: 5 371
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı məktəblisi alternativ enerji mənbələri ilə bağlı yeni layihə hazırlayıb.

Milli.Az bildirir ki, layihənin müəllifi, 220 nömrəli məktəbin 9-cu sinif şagirdi Fuad Qocayev deyir ki, bu layihə ilə yollardan alternativ enerji almaq və toplamq mümkün ola bilər. Bunu yaşayış binalarının ətrafından keçən yollarda avtomobillərin hərəkətindən alınan mexaniki enerjini elektrik enerjisinə çevrmək və akkumlyatorlar vasitəsilə toplamaq mümkündür.

Layihənin müəllifi deyir ki, avtomobillərin sayının gündən günə artığını nəzərə alsaq bu vasitə ilə tükənməyən enerji əldə etmək olar.

Fuad Qocayevin alternativ enerji əldə etmək üçün başqa ideyaları da var. O, təbii qazdan elektrik enerjisi almağın mümkün olduğunu deyir.

Məktəblinin sözlərinə görə, layihənin əsas məqsədi sərf olunan enerji resurslarının tükənməsinin qarşısını almaq, alternativ enerji mənbələri aşkarlamaq və bundan faydalanmaqdır. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda 9-cu sinif şagirdi alternativ enerji ilə bağlı yeni layihə hazırlayıb

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.