Cəmiyyət

Sosial mediada ermənilərlə döyüşənlər və Vətənə xəyanət edənlər - VİDEO

23 May 2018 21:59
Baxış: 1 655
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkələr hazırda informasiya müharibəsində ən böyük platformaya çevrilib. Bu resurusdan səmərəli istifadə Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində bizim üçün daha böyük əhəmiyyət kəsb edir. Müsbət haldır ki, bunu dərk edən kifayət qədər vətəndaşlarımız var ki, erməni yalanlarını ifşa edir, dövlətimizin maraqlarını qoruyurlar.

Amma hər kəs də öz xislətinə uyğun bundan istifadə edir. Azərbaycanlı belə adlandırmağa adamın dili gəlmədiyi bəzi ünsürlər bundan öz dövlətinə, xalqına qarşı istifadə etməklə Vətənə xəyanət edirlər. Bəziləri isə sosial şəbəkələri cəbhəyə çevirib, dövləti, xalqı naminə intelektini sipər edib mübarizə aparırırlar. Milli.Az bildirir ki, bu insanların sırasında gənclər, media mənsubları xüsusi ilə seçilir. Xarici dilləri də yaxşı səviyyədə bilən bu həmkarlarımız ölkəmiz əleyhinə baş verən istənilən hadisəyə, yaxud yazılan məqaləyə və şərhlərə dərhal adekvat reaksiya verirlər. Misal üçün, Ermənistanın təşkilatçılığı ilə Kolumbiya Universitetində keçiriləcək beynəlxalq konfransla bağlı paylaşıma "Yeni Azərbaycan" qəzetinin əməkdaşı Nurlan Qələndərli dərhal reaksiya verib.

AZƏRTAC-n əməkdaşı "Vəfa G-va" adlı başqa bir jurnalist isə Ermənistanın yeni baş naziri Paşinyanın müəyyən dairələrin maliyyə dəstəyi ilə hakimiyyətə gəldiyini yazıb. Bildirib ki, Ermənistandan fərqli olaraq Azərbaycanda şəffaf və azad seçkilər keçirilib, demokratik pozuntular qeydə alınmayıb və xalq öz prezidentini demokratik yolla seçib.

"Facebook"da ermənilərə məxsus "ANCA" səhifəsində Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı qeyri-obyektiv, ictimai rəyi çaşdırmağa hesablanmış status paylaşılmaqdadır. Burada paylaşılan yazılarda ABŞ prezidenti Donald Trampın Prezident İlham Əliyevə təbrik məktubu təhrif edilərək, guya ABŞ-ın seçkini tanımadığı fikri aşılanlır. Məktubdan iki sitat gətirən həmkarımız isə onlara tutarlı cavab verir. Belə ki, Tramp məktubda İlham Əliyevə prezident kimi müraciət edir və birgə işləmək əzmində olduğunu ifadə edir.

Faktlar qarşısında aciz qalan ermənilər isə səhifənin moderatorlarından azərbaycanlıların səhifədən cıxarılmasını tələb ediblər.

"İki Sahil" qəzetinin əməkdaşı, "Leyla Sheikhaliyeva" adlı şəxs qorxaq ermənilərin yenə də heç bir həqiqətə əsaslanmadan Azərbaycan haqqında danışdıqlarını, ölkəmiz barədə yalnız boşboğazlıq etdiklərini xatırladıb.

Əslində bu insanlar öz vətəndaşlıq borcunu yerinə yetirməklə müsbət örnək təşkil edirlər. Bu bir vətənpərvərlik nümunəsidir. Demək ki, internet resurslarından heç də çox vaxt itirmədən Vətən üçün xeyli işlər də görmək olurmuş. Amma Vətəninə qənim kəsilən bəzi satqınlar ölkədən qaçıb, bu resurusdan öz ölkəsini gözdən salmaq üçün istifadə edirlər. Necə deyərlər, bıçaq qatilin əlində olanda can alır, cərrahın əlində həyat xilas edir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Sosial mediada ermənilərlə döyüşənlər və Vətənə xəyanət edənlər

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.