Cəmiyyət

XƏBƏRDARLIQ! Bəzi insanlar bu günlərdə ehtiyatlı olmalıdır - VİDEO - FOTO

23 May 2018 14:55
2 Şərh     Baxış: 4 216
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İki gündür əsən külək toz qaldırır, ağacların çiçəklərini isə ətrafa yayır ki, bu ta bəzi insanlar üçün təhlükəlidir.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, son günlər allergik xəstəliklərlə bağlı həkimlərə müraciət edənlərin sayı artıb.

Yuxarı tənəffüs yollarında iltihabı olan insanlar, allergiya xəstəlikləri ilə mübarizə aparanlar bu günlərdə ehtiyatlı olmalıdırlar. Həkimlər deyir havaların küləkli keçməsi və nəticədə tozun yayılması həssas insanlarda ciddi narahatlığa səbəb olur.

Nahid Məhərrəmov - Terapevt: "Bronxlarda spazm yaranır, ondan rahatsız olur, nəfəs ala bilmir. Bəzən olur, insan deyir ki, mənə soyuq dəyib. Burnu axır. Amma bu, sırf həmin o toz dənəciklərinin insan orqanizminə etdiyi təsirdən ibarətdir. Allergiyanın verdiyi təsirdir".

Ekoloqların sözlərinə görə, yayılan ağ cisimlər çinarın tozanağıdır. Pambığa bənzər bu tozlar barıtla müqayisə olunur.

Telman Zeynalov - Ekoloq: "Ağ rəngdə pambığa oxşayır. Çinarın tumlarıdır bunlar. Başqa yerdə torpağa düşəndə orada çinar bitir. O pambıq barıt kimidir. Bir balaca ora alov düşəndə barıt kimi yanıb partlayırlar". 

Ekoloqlar ağac tozlarının vaxtında təmizləməklə problemin önləməyin mümkün olduğunu deyirlər. Həkimlərsə tənəffüs yolları xəstəliklərindən əziyyət çəkənlərin ağac tozlarından qorunmasını vacib sayırlar.

Nahid Məhərrəmov - Terapevt: "Yaxşı olardı ki, respiratorlardan istifadə etsinlər. Sadə dildə izah etsək, hava filtirdən keçəndə toz allergenlər insan orqanizminə təsir etmir. Sırf allergiya ilə, bronx spazmla müraciət edənlərin sayı artıb. 

Bundan əlavə, qaşınması olanlar, nəfəsalmada çətinlik çəkən, bronxospazması olanlar tozlu yerlərdən uzaq durmalıdırlar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

XƏBƏRDARLIQ! Bəzi insanlar bu günlərdə ehtiyatlı olmalıdır

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.