Gördüyünüz bu yerin altında milyonlarla ton duz var. Naxçıvan şəhərinin 14 kilometrliyində yerləşən Duzdağ müalicəvi xüsusiyyətlərə malik təbii xəzinədir.
Hələ Qədim İpək yolu dövründə burada daş duz istehsal edilirmiş. 20-ci əsrdən isə buradakı dağ tunelləri tənəffüs orqanlarının xroniki xəstəliklərinin müalicəsində istifadə olunur.
Qalina Polonskaya (Euronews): "Duzun qoxusu mağaranın lap girişindən hiss olunur. Lakin müalicəvi effekti almaq üçün burada ən azı 5 saat qalmaq lazımdır".
Tam speleoterapiya kursu 2 həftəyə yaxın çəkir. Yerli həkimlərin sözlərinə görə, sağalanların sayı həddən çoxdur.
Zülfiyyə Həsənova (həkim, "Duzdağ" Fizioterapiya Mərkəzinin rəhbəri): "Buranın effekti təkcə bronxların müalicəsi ilə başa çatmır. Buranın bir çox müalicəvi və çoxlarının bilmədiyi bir effekti də var ki, bu da insanın cavanlaşmasında böyük rol oynayır. Özümü misal çəkə bilərəm. Mənim timsalımda yəqin ki, bunu hiss edirsiniz".
Və bir də, bu duzlu mağaralar adamı layladan da yaxşı yuxuladır.
Euronews, Aİ
23.05.2018
Müəllif: Qalina Polonskaya
(Rus dilindən tərcümə - WorldMedia.Az)
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: